Türkiyə səfirliyi Gədəbəydə həlak olan əsgərlərlə bağlı başsağlığı verib
Əziz Əzizli
Türkiyənin Azərbaycandakı Səfirliyi Gədəbəydə 19 mart tarixində baş verən qar uçqunu nəticəsində həlak olan iki Azərbaycan əsgəri ilə bağlı başsağlığı verib.
Operativ Media xəbər verir ki, səfirliyin X sosial şəbəkəsində yaydığı açıqlamada faciəvi hadisə nəticəsində həyatını itirən əsgərlərə Allahdan rəhmət dilənib və Azərbaycan xalqına başsağlığı ifadə olunub:
"Gədəbəydə 19 mart tarixində qar uçqunu altında qalan iki Azərbaycan əsgərinin vəfat etdiyini bu gün dərin kədərlə öyrəndik. Baş vermiş faciəvi hadisə nəticəsində həyatını itirən qardaşlarımıza Allahdan rəhmət diləyir, Can Azərbaycan xalqına başsağlığımızı bildiririk."
Qeyd edək ki, hadisə nəticəsində iki Azərbaycan hərbçisi qar uçqunu altında qalaraq həyatını itirib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net