21 Mart 2025, 22:00
Tramp: "Çinlə potensial müharibəyə girmək istəmirik"
ABŞ prezidenti Donald Tramp Çinlə qlobal rəqabət mövzusunda danışıb.
Tramp: "Çinlə potensial müharibəyə girmək istəmirik" şəkil
Tramp: "Çinlə potensial müharibəyə girmək istəmirik"

Biz Çinlə potensial müharibəyə girmək istəmirik, amma sizə deyə bilərəm ki, əgər bunu etsək, bununla məşğul olmaq üçün çox yaxşı təchiz olunmuşuq.

Operativ Media xəbər verir ki, bunu ABŞ prezidenti Tramp Oval kabinetdə keçirdiyi mərasimdə xarici siyasət gündəminə dair qiymətləndirmələr edərkən ABŞ-Çin rəqabəti və Rusiya-Ukrayna atəşkəs prosesi ilə bağlı fikirlərini bölüşərkən deyib.

Tramp "New York Times" qəzetində yer alan və  baş məsləhətçisi İlon Maska “Çinlə potensial müharibə planları” göstərildiyinə dair xəbərə cavab verib.

"Biz Çinlə potensial müharibəyə girmək istəmirik, amma sizə deyə bilərəm ki, əgər bunu etsək, bununla məşğul olmaq üçün çox yaxşı təchiz olunmuşuq. Amma bunu heç kimə göstərmək istəmirik. Siz əlbəttə ki, bu planları bizə bu qədər kömək edən bir iş adamına göstərmirsiniz", - deyə Tramp bildirib.

Çin prezidenti Şi Cinpinlə də danışacağını bildirən ABŞ prezidenti Tramp, Çinə tətbiq edəcəkləri gömrük rüsumları ilə bağlı müzakirələrə açıq olduğunu bildirib.

Son xəbərlər
Ceyhun Bayramov ATƏT-in Baş katibi ilə Ermənistanla normallaşmanı müzakirə edib - YENİLƏNİB1
İstanbulda yenidən zəlzələ olub
Gəncədə qadını maşın vurub
Erməni sərhədçisi odlu silahdan açılan atəşlə həlak olub - YENİLƏNİB
Azərbaycan PL: "Turan Tovuz" "Şamaxı" ilə bacarmadı
Zərərçəkmiş şəxs: Ermənistan ordusu yaşayış məntəqələrini atəşə tutur, kəndlərə hücum edir, insanları öldürür, girov götürür, onlara işgəncə verirdilər - MƏHKƏMƏ
XİN: Krım və bütün işğal olunmuş ərazilər Ukraynadır
Türkiyə və Rusiya Yaxın Şərq üzrə məsləhətləşmələri başa çatıb