Amerikanın "Fox News" kanalında yayımlanan və mövzu ilə bağlı məlumatlı iki mənbəyə əsaslanan xəbərdə Trampın Ankaraya F-35 satma məsələsini dəyərləndirdiyi bildirilib.
Operativ Media xəbər verir ki, Tramp prezident Ərdoğanla görüşündən sonra Türkiyəyə qarşı sanksiyaları ləğv etməyi və F-35 qırıcılarının satışına yenidən başlamağı düşünür.
Məlumatda "Tramp, tərəflər Türkiyə ilə S-400-ləri işlək olmayan vəziyyətə salacaq bir razılaşma əldə edərsə, F-35 təyyarələrinin Türkiyəyə satılması fikrinə açıq olduğunu bildirib", - deyə qeyd edilib.
Xəbərə görə, sözügedən təyyarənin Türkiyəyə satılması üçün ABŞ-nin Sanksiyalar Yoluyla Düşmənlərə Qarşı Mübarizə Qanunu (CAATSA) çərçivəsində sanksiyaları ləğv etməsi lazım olacaq və Tramp komandasından “Türkiyənin CAATSA sanksiyalarından necə qaça biləcəyi” mövzusunda araşdırma aparmasını istəyib.
Prezident Ərdoğan ilə ABŞ prezidenti Tramp arasında martın 16-da baş tutan telefon danışığında bir çox ikitərəfli və regional mövzular hərtərəfli müzakirə edilib.
Teqlər:
"AB\u015e T\u00fcrkiy\u0259y\u0259 yenid\u0259n F-35 t\u0259yyar\u0259si sata bil\u0259r"