Menyu

Dmitri Peskov: "Avropa sülhdə maraqlı olmalıdır"

Əziz Əzizli
Dmitri Peskov: "Avropa sülhdə maraqlı olmalıdır"

Avropa müharibədən danışır və özünü hərbiləşdirir.

Operativ Media xəbər verir ki,  bunu “Rossiya-1” telekanalına müsahibəsində Rusiya Prezidentinin mətbuat katibi Peskov deyib.

ABŞ-nin dünya siyasətinə təsir etdiyini söyləyən Peskov, Rusiya ilə ABŞ arasında müxtəlif sahələrdə əməkdaşlıq üçün böyük potensialın olduğunu qeyd edib.

Rusiya Prezidenti Vladimir Putin ilə ABŞ Prezidenti Donald Tramp arasında baş tutan son telefon danışığını dəyərləndirən Peskov, bu danışığın ən uzun söhbətlərdən biri olduğunu və iki liderin üzbəüz görüşünü yaxınlaşdırdığını vurğulayıb. Peskov, "İki lider arasında, şübhəsiz ki, etimad dolu, səmimi, konstruktiv bir mühit var" ifadəsini işlədib.

Peskov, Ukrayna ordusunun Rusiya enerji infrastrukturuna hücumlar təşkil etdiyinə diqqət çəkərək, "Kiyev hakimiyyəti çox şey vəd edə bilər, lakin (Ukrayna Prezidenti Volodimir) Zelenskinin sözlərinin heç bir dəyəri yoxdur. Rusiya tərəfi bir neçə gündür vədlərini yerinə yetirir. Kiyev üçün bunu demək olmaz" deyə bidlirib.

Teqlər:

"Dmitri Peskov: \"Avropa s\u00fclhd\u0259 maraql\u0131 olmal\u0131d\u0131r\""

Əlaqəli Xəbərlər