Ərdoğan: Avropanın ölkəmizə olan ehtiyacı açıq şəkildə qəbul edilməyə başlanıb
Əsəd Abbaslı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xarici siyasətlə bağlı açıqlama verib.
Operativ Media xəbər verir ki, Ərdoğan, Polşanın Baş naziri ilə görüşünün əhəmiyyətini vurğulayaraq, Avropa ölkələri ilə sıxlaşan dialoqu müzakirə etdiklərini bildirib.
"Avropanın ölkəmizə olan ehtiyacı təkcə təhlükəsizlik baxımından deyil, bir çox sahədə açıq şəkildə qəbul edilməyə başlanıb," – deyə Ərdoğan qeyd edib.
O, qlobal miqyasda baş verən sürətli dəyişikliklərin daha çox institusional əməkdaşlığa ehtiyac yaratdığını bildirib:
"Türkiyə qarşılıqlı hörmət çərçivəsində Avropa ölkələri ilə əməkdaşlığı artırmağa açıqdır. Türkiyənin strateji yanaşmasının Avropalı həmkarlarımın siyasətinə yön verəcəyinə inanıram.", - deyə Prezident qeyd edib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net