Menyu

Quterreş: BMT-nin sülh əməliyyatları ciddi maneələrlə üzləşir

Əsəd Abbaslı
Quterreş: BMT-nin sülh əməliyyatları ciddi maneələrlə üzləşir

BMT-nin Baş katibi Antonio Quterreş bəyan edib ki, qurum sülhməramlı əməliyyatları yeni yanaşmaların işlənib hazırlanmasını zəruri edən maneələrlə üzləşir.

Operativ Media xəbər verir ki, o, bu barədə BMT Təhlükəsizlik Şurasında (BMT TŞ) Danimarkanın xarici işlər naziri Lars Lokke Rasmussenin sədrliyi ilə keçirilən BMT-nin sülhməramlı əməliyyatlarının mövcud vəziyyətlərə uyğunlaşdırılmasına dair sessiyada çıxışı zamanı deyib.

Quterreş çıxışında bildirib ki, BMT-nin sülhməramlı əməliyyatları dünyanın ən çıxılmaz bölgələrindəki insanları və icmaları qoruyur və bu əməliyyatlara sülhməramlı missiyalar və xüsusi siyasi missiyalar daxildir.

BMT-nin sülh əməliyyatlarının fəaliyyət sahələrinin erkən xəbərdarlıq sistemlərindən qabaqlayıcı diplomatiyaya, sülh quruculuğundan sülh sazişlərinin monitorinqinə və mülki şəxslərin müdafiəsinə qədər geniş spektri əhatə etdiyini qeyd edən Quterreş söyləyib ki, onun rəhbərlik etdiyi qurum münaqişəli zonalarda atəşkəs danışıqlarının həyata keçirilməsindən tutmuş seçkilərə dəstək və müşahidəçi missiyalarına qədər bir çox kritik vəzifəni yerinə yetirirlər.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər