Azərbaycan XİN Türkiyəyə başsağlığı verdi
Nərmin Qocamanlı
Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyəyə başsağlığı verib.
"Operativ Media" xəbər verir ki, bu barədə nazirliyin tviter hesabında paylaşım edilib.
Paylaşımda deyilir:
"Qardaş Türkiyənin Kahramanmaraş şəhərində baş vermiş güclü zəlzələ nəticəsində insan tələfatı və dağıntılar barədə xəbərləri dərin hüznlə qarşıladıq. Həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Azərbaycan Türkiyənin hər zaman yanındadır" .
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net