Liviya Prezidenti Ramazan bayramı münasibətilə İlham Əliyevi təbrik edib
Liviya Dövləti Prezident Şurasının Sədri Məhəmməd Yunis Əl Mənfidən Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.
Operativ Media xəbər verir ki, məktubda deyilir:
"Hörmətli cənab Prezident.
Mübarək Ramazan bayramı münasibətilə Zati-alinizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan böyük məmnunluq hissi duyuram.
Uca Allahdan Sizə möhkəm cansağlığı, İslam ümmətinə xeyir-bərəkət və firavanlıq nəsib etməsini arzulayıram.
Bayramınız mübarək!".
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net