COP30-un Prezidentliyi təsis edilib, Təşkilat Komitəsi yaradılıb
Braziliya Prezidentinin səlahiyyətlərini icra edən, vitse-Prezident Jeraldu Alkmin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 30-cu Sessiyasının (COP30) bu ölkədə keçirilməsi və bundan irəli gələn məsələlər barədə sərəncam imzalayıb.
Operativ Media xəbə verir ki, sənədə əsasən, COP30-un Prezidentliyi təsis edilib və hazırlıq prosesinin koordinasiyası üçün Təşkilat Komitəsi yaradılıb.
Müəyyən edilib ki, COP30-un Prezidenti iştirakçı ölkələr arasında iqlim maliyyəsi məsələsində konsensusun əldə olunması prosesinə bilavasitə rəhbərliyi həyata keçirir.
Xatırladaq ki, COP30-un Prezidentinin səlahiyyətləri Braziliyanın iqlim, energetika və ətraf mühit naziri Andre Korrea Du Laqoya tapşırılıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net