Menyu

"Starlink" qlobal peyk rabitə sisteminin xidmətləri Azərbaycanda istifadəyə verilib

"Starlink" qlobal peyk rabitə sisteminin xidmətləri Azərbaycanda  istifadəyə verilib

Amerikalı sahibkar İlon Maskın "Starlink" qlobal peyk rabitə sisteminin xidmətləri Azərbaycanda istifadəyə verilib.

Operativ Media  xəbər verir ki, "Starlink" xidmətindən yararlanmaq üçün Azərbaycanlı istifadəçilər:

- 670 manata "Starlink Standart Kit" əldə etməli
- 50 manat çatdırılma ödənişi etməli
- 100 manat aylıq abunəlik haqqı ödəməlidirlər

Qeyd edək ki, "Starlink" bu xidməti böyük bir ehtimalla Azərbaycanda ölkəyə uyğun qiymət strategiyası ilə xüsusiləşdirib.

Məsələn, Amerikada başlanğıc tarif aylıq 120 dollar abunəliklə təklif olunur.

 Bu xidməti əldə etməklə, Azərbaycanın istənilən yerində öz "çanağınızı" enerji mənbəyinə bağlamaqla yüksək sürətli peyk internetindən yararlana bilərsiniz.

"Starlink" hazırda ABŞ, Kanada, Avstraliya, Avropanın əksər hissəsi, Latın Amerikası və Afrikanın bir sıra ölkələrində xidmət göstərir.

Teqlər:

"\"Starlink\" qlobal peyk rabit\u0259 sisteminin xidm\u0259tl\u0259ri Az\u0259rbaycanda istifad\u0259y\u0259 verilib"

Əlaqəli Xəbərlər