30 Mart 2025, 13:40
Aleksandr Turçin Əli Əsədova məktub ünvanlayıb
Belarusun Baş naziri Aleksandr Turçini Azərbaycanın Baş nazirinə məktub ünvanlayıb.
Aleksandr Turçin Əli Əsədova məktub ünvanlayıb şəkil
Aleksandr Turçin Əli Əsədova məktub ünvanlayıb

Əminəm ki, Belarus ilə Azərbaycan arasında çoxşaxəli əməkdaşlıq dost xalqlarımızın rifahı naminə bundan sonra da qarşılıqlı hörmət və etimadlı dialoq şəraitində inkişaf edəcək.

Operativ Media xəbər verir ki, bu barədə Belarusun Baş naziri Aleksandr Turçinin Azərbaycanın Baş nazirinə ünvanladığı məktubda deyilir.

"Hörmətli Əli Əsədov, Belarus Respublikasının Baş naziri vəzifəsinə təyin olunmağım münasibətilə təbriklərinizə görə səmimi minnətdarlığımı qəbul edin. Fürsətdən istifadə edərək, Sizə cansağlığı, mühüm dövlət vəzifələrinin həllində yaradıcılıq enerjisi arzulayıram", - məktubda bildirilir.

Qeyd edək ki, Belarus Prezidenti Aleksandr Lukaşenko martın 10-da ölkənin Baş naziri vəzifəsinə Aleksandr Turçini təyin edib.

Son xəbərlər
"Milan" yeni mövsüm ev formalarını təqdim edib
Rusiya Ukrayna sərhədindəki müşahidə kameralarını sındırıb
“Wizz air” Azərbaycandan 24 dollara uçuşlar həyata keçirəcək
Qətər Trampa təyyarə hədiyyə edib
Moskvanın üç hava limanında 160-dan çox reys təxirə salınıb
Bazar günü II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
Azərbaycan millisinin Belarus yığması ilə oyununun yeri və vaxtı bilindi
İsrailin Azərbaycandakı səfirliyində bayraq yarıya endirilib