SEPAH Azərbaycanla sərhəddə hərbi təlimlərə başlayır

Nərmin Qocamanlı
SEPAH Azərbaycanla sərhəddə hərbi təlimlərə başlayır

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) regional qərargahı Azərbaycanla sərhəddə hərbi təlim keçirəcək. 

 

"Operativ Media" xəbər verir ki, bunu SEPAH-ın Quru Qoşunlarının komandanı Məhəmməd Pakvər deyib.

O bildirib ki, təlimlər yaxın günlərdə İranın şimal sərhədlərində və Araz ətrafında keçiriləcək. 

M.Pakvər bildirib ki, təlim ordunun illik təqviminə uyğun olaraq və Ordu Korpusunun döyüş hazırlığının yüksəldilməsi istiqamətində tapşırığın icrası məqsədilə keçirilir.

Digər xəbərlər