31 Mart 2025, 12:48
Əlcəzair Prezidenti İlham Əliyevi Ramazan münasibətilə təbrik edib
Bu gün Əlcəzair Prezidenti İlham Əliyevi Ramazan münasibətilə təbrik edib.
Əlcəzair Prezidenti İlham Əliyevi Ramazan münasibətilə təbrik edib şəkil
Əlcəzair Prezidenti İlham Əliyevi Ramazan münasibətilə təbrik edib

Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbun Azərbaycanın Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Operativ Media xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri, Əziz Qardaşım

Müqəddəs Ramazan bayramı münasibətilə Əlcəzair xalqı, hökuməti adından və şəxsən öz adımdan Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram. Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş xalqınıza daha böyük tərəqqi və rifah arzulayıram. Uca Allahdan bu bayramı bizə və bütün İslam ümmətinə əmin-amanlıq, xeyir və bərəkət ilə yenidən nəsib etməsini diləyirəm.

Bu əlamətdar bayram münasibətilə qardaş xalqlarımızın mənafeyinə uyğun olaraq ölkələrimiz arasındakı qardaşlıq əlaqələrini gücləndirmək, İslam ümmətimizin rifah və sabitlik şəraitində tərəqqisinə töhfə vermək öhdəliyinə sadiqliyimizi bir daha ifadə etmək istəyirəm.

Zati-aliləri, Əziz Qardaşım, ən yüksək ehtiramımı və ən xoş arzularımı qəbul etməyinizi xahiş edirəm".

Son xəbərlər
Ermənistan XİN: Ermənistan Aİ-yə daxil olmaq üçün danışıqlar aparmır
Ronaldinyo: Vinisiusun "Qızıl top"u qazanmaması ədalətsizlik idi
İtaliya İsraili Qəzzada əməliyyatları dayandırmağa çağırıb
XİN Tehranda Azərbaycan səfirliyinə hücum edan şəxsin edam olunması ilə bağlı məlumat yayıb
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub - VİDEO
21 May 2025, 15:45
Tokayev İlham Əliyevə təşəkkür edib
Macarıstanda Azərbaycan Prezidentin şərəfinə verilən ziyafətin menyusu - FOTO
Azərbaycan Dağıstanda zeytun bağı salacaq