Menyu

ABŞ Yəmənə yenidən hava zərbələri endirib

Əziz Əzizli
ABŞ Yəmənə yenidən hava zərbələri endirib
1 dəq oxu

ABŞ döyüş təyyarələri Hudeydanın Kamaran adasına iki hava hücumu təşkil edib.

Operativ Media xəbər verir ki, bu haqda Husilərə bağlı Əl-Məsirə televiziyası məlumat yayıb.

Dağıntı və ya insan tələfatı ilə bağlı heç bir məlumat paylaşılmayıb.

Husilər bazar günü ABŞ-nin Sənaya etdiyi dörd hava hücumu nəticəsində bir nəfərin öldüyünü, beş nəfərin yaralandığını açıqlayıb.

Martın 15-də ABŞ prezidenti Donald Tramp Yəməndə husilərə qarşı genişmiqyaslı hücum əmri verib.

Hücumlarda ən azı 79 nəfərin öldüyü, 107 nəfərin yaralandığı açıqlanıb.

Əlaqəli Xəbərlər