01 Aprel 2025, 19:08
Ceyhun Bayramov Avropa Xarici Fəaliyyət Xidmətinin rəsmiləri ilə görüşüb
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Ceyhun Bayramov Avropa Xarici Fəaliyyət Xidmətinin rəsmiləri ilə görüşüb şəkil
Ceyhun Bayramov Avropa Xarici Fəaliyyət Xidmətinin rəsmiləri ilə görüşüb

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avropa Xarici Fəaliyyət Xidmətinin iqtisadi və qlobal məsələlər üzrə Baş Katibinin müavini Saymon Mordu və Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono ilə görüşüb.

Operativ Media xəbər verir ki, bu barədə XİN məlumat yayıb.

Görüş zamanı Azərbaycan-Avropa İttifaqı (Aİ) əməkdaşlığının hazırkı vəziyyəti və perspektivləri, habelə qarşılıqlı maraq kəsb edən regional və beynəlxalq məsələlər müzakirə olunub.

Azərbaycan və Aİ arasında iqtisadi, ticarət, enerji təhlükəsizliyi, yaşıl enerji, humanitar və s. istiqamətlər üzrə əməkdaşlıq məsələləri nəzərdən keçirilib. Xüsusilə, energetika sahəsində ölkəmizin təşəbbüsü ilə icra olunan nəhəng layihələrin Avropanın enerji təchizatı və təhlükəsizliyində mühüm rol oyandığı diqqətə çatdırılıb, ənənəvi enerji mənbələri üzrə əməkdaşlığın alternativ enerji sahəsində də davam etdirilməsinin vacibliyi vurğulanıb.

Nazir Ceyhun Bayramov, həmçinin postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar barədə ətraflı məlumat verib, hazırda ölkəmiz tərəfindən işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinin, habelə humanitar minatəmizləmə fəaliyyətinin aparıldığını diqqətə çatdırıb. 

Avropa İttifaqı ilə minatəmizləmə və itkin düşmüş şəxslərin aqibətinin müəyyənləşdirilməsi istiqamətində əməkdaşlıq məsələlərinə toxunulub.

Azərbaycan-Ermənistan normallaşma və sülh prosesi üzrə əldə olunan irəliləyişlərə baxmayaraq, Ermənistan Konstitusiyasında ölkəmiz əleyhinə ərazi iddialarının davam etdirilməsinin, habelə bu ölkənin sürətli silahlanmasının sülh gündəliyinin irəlilədilməsinə təhdid törətdiyi qeyd olunub.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər
İsrail Dohadakı nümayəndə heyətini geri çağırıb
Gəncədə ağır yol qəzası ölümə səbəb olub
Zelenski: ABŞ-nin təsiri çoxsaylı insan həyatını xilas edə bilər
"Çelsi" Rodriqonu transfer etməyi düşünür
İlham Əliyev və Viktor Orban mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB - VİDEO
20 May 2025, 23:25
Numan Kurtulmuş Ədalət Vəliyevi qəbul edib
"Louvre Plaza" şadlıq sarayında yanğın olub
PSJ Çempionlar Liqasının finalını öz stadionunda azarkeşlərə yayımlayacaq