13 Oktyabr 2022, 15:04
Borrell: Ukraynadakı münaqişə yeni dünyanın yaranmasına aparır
Borrell: Ukraynadakı münaqişə yeni dünyanın yaranmasına aparır şəkil
Borrell: Ukraynadakı münaqişə yeni dünyanın yaranmasına aparır

Ukraynadakı münaqişə yeni dünyanın yaranmasına və Avropa İttifaqının (Aİ) yenilənməsinə aparır.

"Operativ Media" TASS-a istinadən xəbər verir ki, bunu bu gün Belçikanın Brügge şəhərində Avropa Diplomatik Akademiyasının açılışında Aİ-nin Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell çıxışı zamanı deyib.

O qeyd edib ki, “soyuq müharibə”dən sonrakı dövr artıq başa çatıb.

“Rusiyanın Ukraynaya hücumu və Ukraynada müharibənin başlanması ilə “soyuq müharibə”dən sonrakı vəziyyət dəyişib. Biz hazırda yeni dünyanın yaranması dövrünü yaşayırıq, çünki bu müharibə bir çox məsələni və əlbəttə ki, Avropa İttifaqını dəyişir. Bu müharibə başqa bir Avropa İttifaqı yaradacaq”, – Borrel vurğulayıb.

Son xəbərlər
Azərbaycan və Özbəkistan Prezidentləri arasında telefon danışığı olub - YENİLƏNİB
Gürcüstanın Baş naziri İrəvana səfər edib
Peter Siyarto Türkiyəyə səfər edəcək
Neft Daşlarında dalğanın hündürlüyü 4 metrə çatıb - FAKTİKİ HAVA
BDYP-dən sürücülərə duman və yağıntı xəbərdarlığı
ADY: Qatarlarda 100 faizə yaxın doluluq qeydə alınıb
Şoyqu: Ermənistan Aİ-yə daxil olarsa, bir çox imtiyazlarını itirəcək
Macarıstan Aİ-nin Ukrayna üzrə sammitinin yekun sənədini yenidən bloklayıb