Menyu

Almaniya Prezidenti: Azərbaycanla Ermənistan arasında razılaşmanın əldə olunması üçün gözəl bir an yaranıb

Nərmin Qocamanlı
Almaniya Prezidenti: Azərbaycanla Ermənistan arasında razılaşmanın əldə olunması üçün gözəl bir an yaranıb

Azərbaycandan keçən Orta Dəhlizin Almaniya üçün böyük perspektivi var, Cənubi Qafqaz daha sabit region olandan sonra bu dəhlizin əhəmiyyəti daha da artacaq.

Operativ Media-nın xəbərinə görə, bunu Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatda bildirib.

“Ermənistanla Azərbayсan arasında sülh prosesinin böyük əhəmiyyəti var. Bil il ərzində çox böyük addımlar atılıb. 13 martda sülh sazişinin mətninin razılaşdırılması barədə bəyanat verildi. Bu razılaşmanın əldə olunması üçün gözəl bir an yaranıb. İnanıram ki, sülh sazişi imzalanacaq. Bu anı itirməmək lazımdır. Bu yolu sona kimi getmək, kompromislər üçün siyasi iradə lazımdır. Ümid edirəm ki, bu, alınacaq. Biz də bacardıqca buna dəstək verəcəyik”, - deyə Almaniya Prezidenti vurğulayıb.

Teqlər:

"Almaniya Prezidenti: Az\u0259rbaycanla Erm\u0259nistan aras\u0131nda raz\u0131la\u015fman\u0131n \u0259ld\u0259 olunmas\u0131 \u00fc\u00e7\u00fcn g\u00f6z\u0259l bir an yaran\u0131b"

Əlaqəli Xəbərlər