Menyu

İlham Əliyev almaniyalı həmkarını Azərbaycan-Ermənistan sülh prosesi barədə məlumatlandırıb

İlham Əliyev almaniyalı həmkarını Azərbaycan-Ermənistan sülh prosesi barədə məlumatlandırıb

Prezident İlham Əliyev almaniyalı həmkarı Frank-Valter Ştaynmayeri Azərbaycan-Ermənistan sülh prosesi barədə ətraflı məlumatlandırıb.

Operativ Media xəbər verir ki, dövlət başçısı bu barədə jurnalistlərin suallarına cavabında bildirib

“Bu gün söhbət əsnasında mən cənab Prezidenti Azərbaycan-Ermənistan sülh prosesi ilə bağlı kifayət qədər məlumatlandırdım. Bildirdim ki, İkinci Qarabağ müharibəsi başa çatandan sonra məhz Azərbaycan və şəxsən mən sülh danışıqlarının başlanmasının təşəbbüskarı olmuşam. O vaxt nə Ermənistan, nə də ki, o vaxt hələ fəaliyyət göstərən ATƏT-in Minsk qrupu belə bir təklif irəli sürməmişdi. Bu təklifi Azərbaycan tərəfi vermişdir. Bu özlüyündə onu göstərir ki, biz sülh müqaviləsinin bağlanmasında nə qədər maraqlıyıq”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.

Dövlət başçısı bildirib ki, 2024-cü ilin yanvarına qədər Ermənistan təkidlə sülh müqaviləsinə salmaq istədiyi dırnaqarası “Dağlıq Qarabağ respublikası” yoxdur, bu, ancaq Ermənistanın xülyalarında mövcud olub. Azərbaycanın Qarabağ bölgəsi mövcuddur.

Teqlər:

"\u0130lham \u018fliyev almaniyal\u0131 h\u0259mkar\u0131n\u0131 Az\u0259rbaycan-Erm\u0259nistan s\u00fclh prosesi bar\u0259d\u0259 m\u0259lumatland\u0131r\u0131b"

Əlaqəli Xəbərlər