Menyu

ABŞ-nin Enerji Resursları Bürosunun nümayəndəsi Bakıya gəlib

Nərmin Qocamanlı
ABŞ-nin Enerji Resursları Bürosunun nümayəndəsi Bakıya gəlib

ABŞ Dövlət Departamentinin Enerji Resursları Bürosunun baş məsləhətçisi Erik Ceykobs Bakıya gəlib.

Operativ Media xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı Səfirliyinin “X” hesabında paylaşım edilib.

Bildirilib ki, Erik Ceykobs səfəri zamanı hökumət rəsmiləri, enerji sektorundakı liderlər və sahə mütəxəssisləri ilə görüşəcək, enerji təhlükəsizliyinin əhəmiyyətini müzakirə edəcək, ABŞ-nin enerji liderliyini vurğulayacaq və hər iki ölkə üçün enerji bolluğu və daha böyük rifahı ortaya çıxarmaq üçün imkanları araşdıracaq.

Erik Ceykobs, eyni zamanda, cümə günü Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 11-ci Nazirlər Toplantısında açılış nitqi ilə çıxış edəcək.

Teqlər:

"AB\u015e-nin Enerji Resurslar\u0131 B\u00fcrosunun n\u00fcmay\u0259nd\u0259si Bak\u0131ya g\u0259lib"

Əlaqəli Xəbərlər