ABŞ prezidenti Tramp qarşılıqlı rüsumları açıqlayıb
Əziz Əzizli
Tramp Ağ Evdə digər ölkələrə qarşılıqlı rüsumlar tətbiq edəcək sərəncam imzalayıb.
Operativ Media xəbər verir ki, ABŞ prezidenti Tramp buradakı çıxışında bu günü çoxdan gözlənilən “qurtuluş günü” kimi xarakterizə edərək, “Ölkəmiz və vergi ödəyicilərimiz 50 ildən artıqdır istismar olunur, lakin bundan sonra buna icazə verilməyəcək” deyə bildirib.
Bu günün ABŞ tarixinin ən mühüm günlərindən biri olduğunu vurğulayan Tramp, "Bu, bizim iqtisadi müstəqillik bəyannaməmizdir" deyib.
Xarici ticarət maneələrini aradan qaldıracaqlarını deyən Tramp, son nəticədə bunun daha çox yerli istehsal, daha güclü rəqabət və istehlakçılar üçün qiymətlərin aşağı düşməsi demək olacağını bildirib.
Tramp sabahdan etibarən ABŞ-nin digər ölkələrə qarşılıqlı rüsumlar tətbiq edəcəyini bildirərək, "Minimum əsas rüsum dərəcəsini 10 faiz olaraq təyin edəcəyik" deyə qeyd edib.
Tramp həmçinin xatırladıb ki, bu gecə yarısından etibarən ölkəyə gətirilən avtomobillərə 25 faizlik gömrük vergisi qüvvəyə minəcək.
Teqlər:
"AB\u015e prezidenti Tramp qar\u015f\u0131l\u0131ql\u0131 r\u00fcsumlar\u0131 a\u00e7\u0131qlay\u0131b"