03 Aprel 2025, 07:00
Maduro venesuelalı miqrantların Salvador həbsxanasından azad edilməsini tələb edib
Venesuela lideri 238 nəfərin məhkəməsiz və müdafiə hüququ olmadan həbsini “Salvador hökuməti tərəfindən insanlığa qarşı ağır cinayət” adlandırıb.
Maduro venesuelalı miqrantların Salvador həbsxanasından azad edilməsini tələb edib şəkil
Maduro venesuelalı miqrantların Salvador həbsxanasından azad edilməsini tələb edib

Venesuela prezidenti Nikolas Maduro ABŞ-dən Salvador həbsxanasına göndərilən həmvətənlərinin dərhal azad edilməsini tələb edir.

Operativ Media xəbər verir ki, o, bu haqda "Venezolana de Televisión" telekanalında danışıb.

"Biz Venesuelanın vahid səsini ucaltmalıyıq ki, bütün venesuelalılar dərhal Salvador həbsxanasından azad olunsunlar".

Prezident El Salvadorda 238 venesuelalı miqrantın məhkəməsiz və müdafiə hüququ olmadan həbs edilməsini “Salvador hökumətinin insanlığa qarşı ağır cinayəti” adlandırıb. O qeyd edib ki, təkcə vəkillərin deyil, katolik keşişlərinin də məhbuslarla görüşünə icazə verilmir. Prezident vurğulayıb ki, “insan hüquqlarının, miqrantların hüquqlarının bu ədalətsiz kütləvi şəkildə pozulması faşist Almaniyasında yəhudi xalqının təqibinə bənzəyir”.

Maduro qeyd edib ki, çərşənbə günü minlərlə insan Karakasda və ölkənin digər şəhərlərində ABŞ-də təqib olunan venesuelalı miqrantların ailələri ilə həmrəylik nümayişi keçirib. Venesuela lideri bildirib ki, Salvadorda “ABŞ-də oğurlanaraq həbs düşərgəsinə göndərilən gənclərin azad edilməsi üçün” imza toplanması davam edir.

Son xəbərlər
Neftçalada 18 min manatlıq naqil oğurlanıb
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb
Prezident “InterFood Azerbaijan” və “Caspian Agro” sərgiləri ilə tanış olub
Ruslan Əmircanov "Real Madrid" akademiyasında təcrübə keçib - FOTO
Eşqi Bağırov: Təhsil müəssisəsi daxilində neqativ hallara qarşı barışmaz mövqedəyik
Azərbaycan və Türkiyə müdafiə nazirləri arasında görüş olub
Qaraçay çayı üzərində yeni körpü inşa edilir - VİDEO
13 May 2025, 13:18
UEFA Reytinqi: "Qarabağ" "Beşiktaş" və "Nyukasl"ı qabaqladı