Ermənistan Parlamentinin sədri Alen Simonyan Türkiyəyə başsağlığı verib.
"Operativ Media" xəbər verir ki, Simonyan tviterdə hadisədən kədərləndiyini yazıb.
"Türkiyədə baş vermiş dağıdıcı zəlzələ ilə bağlı dəhşətli xəbər məni kədərləndirdi. Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını diləyirəm".






