Menyu

Türkiyə və Fransa XİN rəhbərləri Ermənistan və Azərbaycan arasında normallaşma prosesini müzakirə ediblər

Türkiyə və Fransa XİN rəhbərləri Ermənistan və Azərbaycan arasında normallaşma prosesini müzakirə ediblər
1 dəq oxu

Türkiyənin xarici işlər naziri Hakan Fidan dünən Parisdə Fransa xarici işlər naziri Jan Noel Barrot ilə görüşüb.

Operativ Media-nın Fransa Xarici İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, görüşdə iki ölkə arasında ikitərəfli münasibətlər və regional məsələlər müzakirə olunub.

Nazirlər həmçinin Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasının əhəmiyyətini vurğulayıblar:

“Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması Cənubi Qafqazın iki dövlətin ərazi bütövlüyü və suverenliyinə hörmət etməklə sülh, inteqrasiya və əməkdaşlıq məkanına çevrilməsinə imkan verməlidir”

Əlaqəli Xəbərlər