Türkiyə XİN Avropa Parlamentinə cavab verib
Avropa Parlamenti (AP) 31 mart - 3 aprel tarixlərində Strasburqda keçirilən Baş Assambleya iclası çərçivəsində Türkiyə ilə bağlı bir sıra toplantılar keçirib.
Operativ Media xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.
Ankara, bu iclaslara sərt reaksiya verərək, Avropa İttifaqının (Aİ) daxili problemləri ilə məşğul olmaq əvəzinə, Türkiyəyə qarşı müzakirələr aparmasını tənqid edib.
Türkiyə rəsmiləri, AP-nin məntiqsiz və əsassız fikirlərin səsləndiyi bir platformaya çevrildiyini bildirərək, bunun Aİ-nin gələcəyi üçün də narahatlıq doğurduğunu vurğulayıb.
Həmçinin, bu toplantıların Türkiyəni Aİ-dən uzaqlaşdırmağa çalışan ifrat və irqçi qruplara imkan yaratdığı qeyd edilib.
Müzakirələr zamanı Aİ-nin Komissarı Marta Kosun, Türkiyəyə planlaşdırılan səfərini ləğv edəcəyini açıqlayıb.
Bu, Türkiyə hökumətinin etirazına səbəb olub və Aİ daxilində bəzi qrupları məmnun etməyə yönəlmiş, siyasi motivli bir addım olaraq qiymətləndirilib.
Türkiyə hakimiyyəti, Aİ-nin ölkədə məhkəmə müstəqilliyi və hüququn aliliyini sarsıdacaq yanaşmalarını qəbuledilməz hesab etdiklərini bildirərək, bəzi Aİ üzv ölkələrinin öz məhkəmə proseslərinə müdaxilə edilməsinə qarşı çıxdıqları halda, Türkiyədəki tamamlanmamış hüquqi proseslər barədə fikir bildirməsini ziddiyyətli və qeyri-inandırıcı adlandırıb.