06 Fevral 2023, 16:58
Avstriya Türkiyəyə axtarış-xilasetmə üçün hərbçilər göndərəcək
Avstriya Türkiyəyə axtarış-xilasetmə üçün hərbçilər göndərəcək şəkil
Avstriya Türkiyəyə axtarış-xilasetmə üçün hərbçilər göndərəcək

Avstriya Türkiyədəki zəlzələ ilə əlaqədar bu ölkəyə maliyyə yardımı ayıracaq və axtarış-xilasetmə üçün hərbçilər göndərəcək.

"Operativ Media" xəbər verir ki, bu barədə Avstriya kansleri Karl Nehammer tviterdə paylaşım edib.

"Zəlzələlərdən sonra Türkiyədən və Suriyadan bu gün bizə çatan dəhşətli görüntülər ciddi dağıntıların və çoxlu sayda qurbanların olduğunu göstərir. Fikrimiz qurbanların ailələrinin yanındadır. Biz bu ağır zamanda Türkiyə və Suriya xalqlarının yanındayıq.

Zəlzələnin gücü dağıdıcıdır. Avstriya yerli yardım təşkilatları üçün Xarici Fəlakət Fondundan 3 milyon avro ayıracaq və sabahdan etibarən zəlzələ bölgəsində xilasetmə əməliyyatlarında Avstriya silahlı qüvvələrinin 80-dən çox əsgəri dəstək verəcək", - paylaşımda deyilir.

Son xəbərlər
Rusiya XİN vətəndaşlarına xəbərdarlıq edib
Babəkin bəzi kəndlərində qaz olmayacaq
Türkiyədə 4,9 bal gücündə zəlzələ olub
Azərbaycan səfirliyinə hücumun icraçısının edamı üçün zəruri hazırlıqlar başa çatıb
Pezeşkian Zəngəzur dəhlizi ilə bağlı düşüncələrini açıqlayıb - VİDEO
27 Aprel 2025, 22:50
İran Prezidenti: İki qardaş ölkə kimi əməkdaşlıq sahələrimizi genişləndirməliyik
Məsud Pezeşkian: Keçmişdə qardaş olmuşuq, gələcəkdə də qardaş olacağıq
"Qarabağ" 12-ci çempionluğunu qazandı