04 Aprel 2025, 11:06
İlham Əliyev seneqallı həmkarını təbrik edib
Prezident İlham Əliyev seneqallı həmkarını təbrik edib.
İlham Əliyev seneqallı həmkarını təbrik edib şəkil
İlham Əliyev seneqallı həmkarını təbrik edib

Prezident İlham Əliyev Seneqal Respublikasının Prezidenti Bassiru Diomaye Fayeyə təbrik məktubu göndərib.

Operativ Media  xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Seneqal Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən səmimi arzularımı çatdırıram.

Biz Azərbaycan ilə Seneqal arasında əlaqələrə böyük əhəmiyyət veririk. Ölkələrimiz arasında formalaşmış dostluq münasibətləri bir sıra sahələrdə əməkdaşlığımızın inkişaf etdirilməsi üçün əlverişli imkanlar açmışdır. İnanıram ki, mövcud imkanlardan yararlanaraq birgə səylərimizlə dövlətlərarası münasibətlərimizin möhkəmləndirilməsinə, həm ikitərəfli, həm də çoxtərəfli əsasda əməkdaşlığımızın genişləndirilməsinə nail ola bilərik.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Seneqal xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".

Son xəbərlər
Hövsan qəsəbəsində Elmaz Hacıyev küçəsinin təmiri yekunlaşmaq üzrədir
Xırdalan şəhərində yol-nəqliyyat hadisəsi zamanı motosiklet yanıb
Bitkoinin qiyməti 2025-ci ilin rekord həddinə çatıb
XİN rəhbəri Ceyhun Bayramov Bəhreynə rəsmi səfərə yola düşüb
Bakıda hazırda sıxlıq müşahidə olunan yollar açıqlanıb
"Napoli" De Bröyneni heyətinə qatmağa hazırlaşır
Rubio: ABŞ-nin Ukrayna ilə bağlı prioriteti dərhal atəşkəsdir
Nigeriyada silahlı hücumlar nəticəsində azı 23 nəfər ölüb