Menyu

Tokayev: Qazaxıstan, Özbəkistan və Azərbaycan yaşıl enerji xəttinin tikintisi üzrə işlərə başlayırlar

Tokayev: Qazaxıstan, Özbəkistan və Azərbaycan yaşıl enerji xəttinin tikintisi üzrə işlərə başlayırlar

Qazaxıstan, Özbəkistan və Azərbaycan Xəzər dənizi üzərindən yaşıl enerji ötürmə xəttinin tikintisi üzrə işlərə başlayırlar.

Operativ Media “Akorda” saytına istinadən verdiyi məlumata görə, bunu Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Səmərqənddə keçirilən “Mərkəzi Asiya-Avropa İttifaqı” sammitində çıxışı zamanı deyib.

"Qazaxıstan bərpa olunan enerji və təmiz yanacaq sahəsində layihələr həyata keçirir. Biz külək və günəş enerjisinin gücünü artırır, həmçinin çoxillik partnyorlarımız olan "Total", "Eni", "Svevind" və digər Avropa şirkətləri ilə birlikdə “yaşıl” hidrogen istehsalı üçün layihələr hazırlayırıq. Bundan əlavə, Qazaxıstan Özbəkistan və Azərbaycanla birlikdə Avropa bazarlarına əlavə çıxış imkanı ilə Xəzər dənizi üzərindən yaşıl enerji ötürücü xəttinin tikintisi üzrə genişmiqyaslı layihə üzərində işə başlayır”, - deyə qeyd edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər