04 Aprel 2025, 14:01
Rusiya XİN Azərbaycanla sıx əməkdaşlığın davam etdirilməsinə ümid edir
Sergey Lavrov: Rusiya XİN Azərbaycanla sıx əməkdaşlığın davam etdirilməsinə ümid edir.
Rusiya XİN Azərbaycanla sıx əməkdaşlığın davam etdirilməsinə ümid edir şəkil
Rusiya XİN Azərbaycanla sıx əməkdaşlığın davam etdirilməsinə ümid edir

Rusiya xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovu ölkələr arasında diplomatik münasibətlərin qurulmasının 33-cü ildönümü münasibətilə təbrik edib.

Operativ Media-nın məlumatına görə, bu barədə Rusiya XİN-in mətbuat xidməti məlumat yayıb.

S.Lavrov qeyd edib ki, ötən onilliklər ərzində dostluq və mehriban qonşuluq prinsiplərinə əsaslanan iki ölkə arasındakı münasibətlər möhkəmlənib və inkişaf etməkdə davam edir, Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin arasındakı münasibətlər etimada əsaslanır.

Rusiyalı nazir onun rəhbərlik etdiyi qurumun Azərbaycan XİN ilə əməkdaşlığın davam etdirilməsinə yönəldiyini vurğulayıb.

"Əminəm ki, beynəlxalq platformalarda fəaliyyətlərin koordinasiyası və qarşılıqlı dəstək, MDB və regional formatlar çərçivəsində səmərəli əməkdaşlıq qarşılıqlı faydalı razılaşmaların həyata keçirilməsinə, Cənubi Qafqaz və Xəzər regionunda sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsinə xidmət edəcək", - deyə o qeyd edib.

Son xəbərlər
İsrail Dohadakı nümayəndə heyətini geri çağırıb
Gəncədə ağır yol qəzası ölümə səbəb olub
Zelenski: ABŞ-nin təsiri çoxsaylı insan həyatını xilas edə bilər
"Çelsi" Rodriqonu transfer etməyi düşünür
İlham Əliyev və Viktor Orban mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB - VİDEO
20 May 2025, 23:25
Numan Kurtulmuş Ədalət Vəliyevi qəbul edib
"Louvre Plaza" şadlıq sarayında yanğın olub
PSJ Çempionlar Liqasının finalını öz stadionunda azarkeşlərə yayımlayacaq