04 Aprel 2025, 14:23
Sebastian Burduja: “Rumıniya Cənub Qaz Dəhlizinin genişləndirilməsi mövqeyinə sadiqdir”
Rumıniyanın energetika naziri Rumıniyanın Cənub Qaz Dəhlizinin genişləndirilməsi mövqeyinə sadiq olduğunu bildirib.
Sebastian Burduja: “Rumıniya Cənub Qaz Dəhlizinin genişləndirilməsi mövqeyinə sadiqdir” şəkil
Sebastian Burduja: “Rumıniya Cənub Qaz Dəhlizinin genişləndirilməsi mövqeyinə sadiqdir”

Rumıniya Avropanın enerji təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyan Cənub Qaz Dəhlizinin genişləndirilməsi mövqeyinə sadiqdir.

Operativ Media xəbər verir ki, bunu Rumıniyanın energetika naziri Sebastian-İoan Burduja Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, dəhlizin Cənub-Şərqi Avropa və Balkanlar istiqamətində genişləndirilməsi region üçün etibarlı, proqnozlaşdırıla bilən və rəqabətədavamlı enerji təchizatını təmin etmək baxımından mühüm addımdır.

O qeyd edib ki, Bakıda keçirilən nazirlər görüşü ortaq məqsədi paylaşan tərəfdaşlar arasında dialoq, əməkdaşlıq və koordinasiyalı fəaliyyət üçün mühüm platformadır.

Son xəbərlər
Cevdet Yılmaz Ədalət Vəliyevi qəbul edib
Ermənistanın müdafiə naziri iranlı həmkarı ilə görüşüb
Şüvəlanda işıq olmayacaq
Qadını öldürüb Kürə atan şəxs barəsində cinayət işi başlanıb
Kallas: Aİ Suriyaya qarşı iqtisadi sanksiyaları ləğv edib
Tramp: Bayden avtomatik imzadan istifadə edirdi
II Liqa: "Füzuli" Region Liqasına düşdü
Lavrov Ermənistana səfər edib