04 Aprel 2025, 15:39
Üç ölkə enerji əməkdaşlığının yeni modeli üçün səylərini birləşdirir
Sunqat Yessimxanov Qazaxıstan, Azərbaycan və Özbəkistan regional enerji əməkdaşlığının yeni modelini yaratmaq üçün səylərini birləşdirdiyini qeyd edib.
Üç ölkə enerji əməkdaşlığının yeni modeli üçün səylərini birləşdirir şəkil
Üç ölkə enerji əməkdaşlığının yeni modeli üçün səylərini birləşdirir

Qazaxıstan, Azərbaycan və Özbəkistan regional enerji əməkdaşlığının yeni modelini yaratmaq üçün səylərini birləşdirir, əlaqələri təkcə ənənəvi deyil, həm də “yaşıl enerji” sahəsində genişləndirir.

Operativ  Media xəbər verir ki, bunu Qazaxıstanın energetika nazirinin müavini Sunqat Yessimxanov Bakıda keçirilən Cənub Qaz Dəhlizi (SGC) Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarında bildirib.

Onun sözlərinə görə, Qazaxıstan səmt qazının utilizasiyası ilə bağlı layihələr də daxil olmaqla ekoloji dayanıqlılığa nail olunması məsələsində fəaldır, enerji resurslarının həm də Xəzər dənizi vasitəsilə ixrac marşrutlarını genişləndirir.

"Hökumət neft-qaz infrastrukturunun inkişafı və nəqliyyat marşrutlarının şaxələndirilməsi üçün konkret addımlar atır. Azərbaycanla Qazaxıstan neftinin Bakıdan Supsa limanına nəql edilməsi barədə razılıq əldə edilib. Bu razılaşma çərçivəsində artıq ildə 1,5 milyon ton həcmində neftin nəqli haqqında müqavilə bağlanıb", - o qeyd edib.

"Lakin Azərbaycanla əməkdaşlıq ənənəvi yanacaq növləri ilə məhdudlaşmır. "Yaşıl Enerji Dəhlizi" təşəbbüsü ənənəvi qaz təchizatından kənara çıxaraq hidrogen texnologiyaları və qazın emalı ilə bağlı karbon izinin azaldılması kimi aşağı karbonlu həllərin işlənib hazırlanmasını əhatə edir", - S.Yessimxanov bildirib.

O əlavə edib ki bu gün Qazaxıstan, Azərbaycan və Özbəkistan regional enerji əməkdaşlığının yeni modelini yaratmaq üçün səylərini birləşdirir: "Bu yaxınlarda “yaşıl enerji”nin istehsalı və ötürülməsi sahəsində imzalanmış strateji tərəfdaşlıq sazişi dayanıqlı enerji sistemlərinin inkişafı üçün unikal imkanlar açır".

Nazir müavininin sözlərinə görə, Qazaxıstan "yaşıl hidrogen" istehsalı və nəqli üçün infrastrukturun inkişafını nəzərdə tutan birgə layihələri araşdırmağa hazır olduğunu təsdiqləyir: "Biz enerji sahəsində əməkdaşlığımızın genişləndirilməsi və Cənub Qaz Dəhlizinin dayanıqlı və aşağı karbonlu enerjinin inkişaf platforması kimi möhkəmləndirilməsi məqsədilə dialoqa açığıq".

Son xəbərlər
"Turan Tovuz"dan Premyer Liqada 40-cı məğlubiyyət
PKK özünü ləğv edib
"Mançester Siti" rəsmisi 16 yaşlı qapıçı üçün Türkiyəyə gəldi - FOTO
Ötən həftə ərzində 156 yanğına çıxış olub
Həftəsonu vətəndaşların bank kartlarından 13 min manatdan çox pul oğurlanıb
DTX tərəfindən çox sayda terrorçu saxlanılıb
Bəzi çaylarda sululuq artıb
AMB-nin bu günə olan valyuta məzənnələri