TAP-ın daha da genişləndirilməsi barədə qərar gələn il qəbul ediləcək
Trans-Adriatik Boru Kəmərinin (TAP) ötürmə qabiliyyətinin daha da artırılması ilə bağlı yekun investisiya qərarın 2026-cı ilin yanvarında qəbul edilməsi gözlənilir.
Operativ Media xəbər verir ki, bu barədə Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərin 11-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərin 3-cü iclası çərçivəsində keçirilən plenar sessiya zamanı SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov bildirib.
Onun sözlərinə görə, genişləndirmənin birinci mərhələsi TAP-ın ötürmə qabiliyyətini ildə 1,2 milyard kubmetr artıracaq və kommersiya istismarına başlaması 2026-cı ilin dekabr ayına planlaşdırılır.
Elşad Nəsirov onu da qeyd edib ki, 2023-cü ildə keçirilmiş bazar sınaqlarının nəticələrinə əsasən TAP-ın daha da genişləndirilməsi imkanları da nəzərdən keçirilir. Tenderdə iştirak üçün ərizələrin qəbulu 2025-ci ilin dekabrında başa çatacaq, bundan sonra yekun qərarın 2026-cı ilin yanvarında qəbul edilməsi planlaşdırılır.
Teqlər:
"TAP-\u0131n daha da geni\u015fl\u0259ndirilm\u0259si bar\u0259d\u0259 q\u0259rar g\u0259l\u0259n il q\u0259bul edil\u0259c\u0259k"