04 Aprel 2025, 17:45
Azərbaycan UNECE Regionu üzrə Dayanıqlı İnkişaf Forumunda iştirak edib
Bu gün Azərbaycan UNECE Regionu üzrə Dayanıqlı İnkişaf Forumunda iştirak edib.
Azərbaycan UNECE Regionu üzrə Dayanıqlı İnkişaf Forumunda iştirak edib şəkil
Azərbaycan UNECE Regionu üzrə Dayanıqlı İnkişaf Forumunda iştirak edib

İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli İsveçrənin Cenevrə şəhərində keçirilən BMT-nin Avropa üzrə İqtisadi Komissiyası (UNECE) Regionu üzrə Dayanıqlı İnkişaf Forumunda iştirak edib.

Operativ Media bu barədə nazirliyə istinadən xəbər verir.

Forumun Avropa İqtisadi Komissiyası regionunda BMT-nin Dayanıqlı İnkişaf üzrə 2030 Gündəliyindən irəli gələn Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) icrasına həsr olunmuş yüksək səviyyəli sessiyasında çıxış edən S.Bəşirli qeyd edib ki, Azərbaycanın milli prioritetlərindən biri də rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanıdır. Vurğulanıb ki, ölkəmiz beynəlxalq tərəfdaşlarla birgə insan kapitalının inkişaf etdirilməsi, rəqabətqabiliyyətli işçi qüvvəsinin formalaşdırılması, vətəndaşların müasir peşə bacarıqlarının artırılması istiqamətində addımlar atır.

Bu məqsədlə İqtisadiyyat Nazirliyinin tabeliyində IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi ilə ABŞ-ın “Coursera” şirkəti arasında əməkdaşlıq həyata keçirilir. Ötən il Azərbaycanda bu əməkdaşlıq çərçivəsində 10 000 nəfər 1 il ərzində “Coursera” platformasında ödənişsiz kurslardan faydalanıb. Təlimləri uğurla tamamlayanlar beynəlxalq sertifikatlar əldə ediblər. “Coursera” üzrə ikinci layihə - Milli Proqram üzrə isə on minlərlə ölkə vətəndaşına süni intellekt, data analitika, rəqəmsal transformasiya və yumşaq bacarıqlar kimi istiqamətlər üzrə 8 mindən çox kursda əhalinin bütün təbəqələrinə iştirak imkanı yaradılıb.

Nazir müavini bildirib ki, Azərbaycanın dayanıqlı inkişaf strategiyasının əsas istiqamətlərindən olan işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və ora əhalinin təhlükəsiz qayıdışının təmin olunması üçün zəruri infrastrukturun yaradılması işləri davam etdirilir. Qarabağ və Şərqi Zəngəzurun reinteqrasiyası iqtisadi fəaliyyətin canlandırılması, innovativ texnologiyaların tətbiqi, sənaye potensialının reallaşdırılması və stimullaşdırıcı mexanizmlərin tətbiqi ilə dəstəklənir. Məlumat verilib ki, 2024-cü ilin noyabr ayında ölkəmizdə keçirilən COP29 tədbiri çərçivəsində iqlim fəaliyyətinə, təhsil, səhiyyə, sosial müdafiə və iş yerlərinin yaradılmasına dair önəmli təşəbbüslər irəli sürülüb, ölkəmizdə yaşıl iqtisadiyyata töhfə verəcək mühüm layihələr üzrə razılaşmalar imzalanıb.

S.Bəşirli tədbir çərçivəsində layiqli əmək və iqtisadi artım, gender bərabərliyi mövzularında təşkil olunan sessiyalarda iştirak edib. Forum çərçivəsində Belarusun DİM-lər üzrə milli koordinatoru Sergey Xomenko arasında görüş keçirilib. Görüş zamanı DİM-lərin icrası istiqamətində əməkdaşlıq imkanları müzakirə olunub.

Son xəbərlər
Uruqvayda matəm elan edilib
"Qalatasaray" Türkiyə Kubokunun qalibi oldu
ABŞ İrana qarşı sanksiyalar tətbiq edib
Belçika polisi NATO korrupsiyasına görə iki şəxsi saxlayıb
Pakistandan Azərbaycana təşəkkür fləş-mobu - VİDEO
14 May 2025, 23:13
Liviyada toqquşmalar nəticəsində 6 nəfər həlak olub
Putin braziliyalı həmkarı ilə telefonla danışıb
Zelenski Türkiyəyə yeni səfir təyin edib