04 Aprel 2025, 18:50
Sahibə Qafarova Parlamentlərarası İttifaqın Baş katibi ilə görüşüb
Söhbət zamanı regionda mövcud vəziyyət, Azərbaycan və Ermənistan arasında normallaşma prosesi barədə də fikir mübadiləsi aparılıb.
Sahibə Qafarova Parlamentlərarası İttifaqın Baş katibi ilə görüşüb şəkil
Sahibə Qafarova Parlamentlərarası İttifaqın Baş katibi ilə görüşüb

Özbəkistanın paytaxtı Daşkənddə işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova Parlamentlərarası İttifaqın (PAİ) Baş katibi Martin Çunqonq ilə görüşüb.

Bu barədə Milli Məclisdən Operativ Media-a bildirilib.

Görüşdə Azərbaycan Respublikasının Milli Məclisi ilə Parlamentlərarası İttifaq arasında əməkdaşlıq məsələləri nəzərdən keçirilib. Bildirilib ki, Parlamentlərarası İttifaq beynəlxalq əməkdaşlıq baxımından səmərəli platformadır.

Qeyd olunub ki, beynəlxalq parlament qurumları ilə ikitərəfli və çoxtərəfli əsasda əməkdaşlıq edən Milli Məclis Parlamentlərarası İttifaqla əlaqələrin genişləndirilməsinə mühüm əhəmiyyət verir. Tərəflərin birgə əməkdaşlığı ilə bir sıra tədbirlərin uğurla təşkil olunması əməkdaşlığımızın daha da dərinləşməsinə imkanlar yaradır.

Söhbət zamanı Azərbaycanın təşkilatda yüksək səviyyədə və fəal şəkildə təmsil olunması müsbət qiymətləndirilib. Milli Məclisin deputatlarının təşkilatın rəhbər orqanlarında təmsil olunmasından məmnunluq ifadə edilib.

Söhbət zamanı regionda mövcud vəziyyət, Azərbaycan və Ermənistan arasında normallaşma prosesi barədə də fikir mübadiləsi aparılıb.

Sülh sazişinin mətni ilə bağlı danışıqlar prosesinin yekunlaşdığını bildirən Milli Məclisin sədri Sahibə Qafarova deyib ki, növbəti addım olaraq Ermənistan öz konstitusiyasında dəyişiklik etməli və ölkəmizə qarşı ərazi iddialarını əks etdirən müddəa konstitusiyadan çıxarılmalıdır. Bununla yanaşı, Azərbaycanın öz torpaqlarını öz gücü hesabına işğaldan azad etməsindən sonra faktiki olaraq fəaliyyətinə heç bir əsas qalmayan Minsk qrupu ləğv olunmalıdır. Spiker Sahibə Qafarova deyib ki, əgər Ermənistan sülh müqaviləsinin imzalanmasını istəyirsə, Azərbaycanın bu iki legitim şərtini qəbul etməlidir.

Görüşdə, həmçinin Parlamentlərarası İttifaq ilə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi arasında da əməkdaşlıq məsələləri müzakirə edilib. Martin Çunqonq Parlament Şəbəkəsinin fəaliyyətini yüksək qiymətləndirib və iki təşkilat arasında əməkdaşlığın önəmini diqqətə çatdırıb.

Söhbət zamanı parlament diplomatiyasının beynəlxalq münasibətlər sistemində rolu, bir sıra problemlərin həllinə töhfəsi barədə fikirlər səsləndirilib, qarşılıqlı maraq doğuran digər məsələlər haqqında müzakirələr aparılıb.

Son xəbərlər
TDT-nin Macarıstanda keçirilən qeyri-rəsmi Zirvə görüşü çərçivəsində Büdapeşt Bəyannaməsi qəbul edilib
Ərdoğan: Novruz bayramı türk dövlətlərinin ortaq bayramı kimi qeyd olunmalıdır
Azərbaycan və Latviya vergi sahəsində qarşılıqlı təcrübə mübadiləsi aparıb
İlham Əliyev Nobel mükafatı laureatı Əziz Sancarın Əlişir Nəvai Beynəlxalq Mükafatı ilə təltif olunması mərasimində iştirak edib
"Araz-Naxçıvan"ın qapıçısı Moldova millisə çağırıldı
Macarıstanda İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında maraqlı anlar yaşanıb
21 May 2025, 13:50
Budapeştdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclası başlayıb - YENİLƏNİB - 3
AFFA Premyer Liqa klublarını cərimələdi