13 Oktyabr 2022, 15:23
Putin Ərdoğanla görüşü haqda: "Bu görüşlər və təmaslar yaxşı nəticələr verir”

“Sanitar və siyasi məhdudiyyətlərə baxmayaraq, sizinlə müntəzəm görüşməyə vaxt tapırıq. Bu görüşlər və təmaslar yaxşı nəticələr verir”.
"Operativ Media" xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğanla Astanada görüşündə bildirib.
“Qeyd etməliyəm ki, sizin bu ilin avqustunda Soçiyə səfəriniz zamanı əldə etdiyimiz bütün razılaşmalar icra edilir. Hökumətdəki həmkarlarımız və şirkətlər qeyd olunan bütün planları reallaşdırırlar”, - Rusiya Prezidenti vurğulayıb.
Putin “Akkuyu” AES-in tikintisindən də danışıb və əlavə edib ki, AES-də işlər plan və qrafik üzrə gedir, ilk enerji bloku, cümhuriyyətin 100 illiyi üçün işə salınacaq: “Gələn ilin may ayında nüvə yanacağını gətirməyi planlaşdırırıq”.