Menyu

İran prezidenti lüks səfərə gedən köməkçisini işdən çıxarıb

Əziz Əzizli
İran prezidenti lüks səfərə gedən köməkçisini işdən çıxarıb

İran xalqının iqtisadi problemlərlə üzləşdiyi bir vaxtda şəxsi imkanları ilə Cənub qütbünə dəbdəbəli səfərə getdiyi üçün tənqid hədəfinə çevrilən parlament işlərindən məsul vitse-prezident Şəhram Dəbiri tutduğu vəzifədən uzaqlaşdırılıb.

Operativ Media xəbər verir ki, Prezident Administrasiyasının yazılı açıqlamasına görə, Prezident Məsud Pezeşkian imzaladığı fərmanla Dəbiri-ni vəzifəsindən azad edib.

Açıqlamada Prezident Pezeşkianın aşağıdakı fikirləri yer alıb:

“Novruz bayramı zamanı Cənub Qütbünə əyləncə məqsədilə səyahət etdiyiniz müəyyən olunub. Dindarların nümunəsini izləməklə fəxr edən bir hökumətdə, xalq üzərində iqtisadi təzyiqlərin hələ də yüksək olduğu və yoxsulların çox olduğu bir ölkədə, rəsmi şəxslərin şəxsi vəsaitləri hesabına belə olsa, bahalı əyləncə səfərləri etməsi nə müdafiə oluna, nə də haqlı göstərilə bilər və bu, vəzifəli şəxslərin sadə həyat tərzi ilə uyğun gəlmir.”

Prezidentin müavini Dəbiri nəvruz tətili zamanı Cənub Qütbünə getdiyi məlum olduqdan sonra xüsusilə mühafizəkar media tərəfindən tənqid olunmuşdu.

Varlı həkim olan Dəbiri bu səfərə dövlətin deyil, şəxsi vəsaitləri hesabına çıxdığını açıqlasa da, xalqın iqtisadi problemlərlə mübarizə apardığı bir ölkədə bu, ictimai qınağa səbəb olmuşdu.

Teqlər:

"\u0130ran prezidenti l\u00fcks s\u0259f\u0259r\u0259 ged\u0259n k\u00f6m\u0259k\u00e7isini i\u015fd\u0259n \u00e7\u0131xar\u0131b"

Əlaqəli Xəbərlər