
O, İtaliyanın hakim koalisiyasına daxil olan Liqa partiyasının Florensiyada keçirilən qurultayında videobağlantı vasitəsilə danışıb.
Operativ Media bu haqda "Corriere della Sera" qəzetinə istinadən xəbər verir.
Mask "Terrorizm Avropada qırğınlara səbəb olacaq, dostlarınız, yaxınlarınız, hər kəs təhlükə altındadır. Çünki biz İtaliyada və ümumilikdə Avropada hücumların əhəmiyyətli dərəcədə artacağını görəcəyik və media bu cür hücumlar təhlükəsini susdurmağa çalışır. Biz Avropada qırğınların şahidi olacağıq. Bu tendensiyadır" deyə qeyd edib.
“X”, “Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri daha əvvəl “istənilən ölkəni məhv edə biləcək” kütləvi miqrasiyanın təhlükələri barədə xəbərdarlıq etmişdi. O, söz azadlığını məhdudlaşdırmağa çalışanları da əsl faşist adlandırıb. Mask ticarət müharibələri də daxil olmaqla istənilən müharibənin sona çatacağına və qarşısının alınacağına ümid etdiyini bildirib.