Menyu

CNN: ABŞ-də Tramp və Maska qarşı etirazlar keçirilir

Əziz Əzizli
CNN: ABŞ-də Tramp və Maska qarşı etirazlar keçirilir

Donald Tramp administrasiyasının siyasətlərinə və ABŞ Hökumətinin Səmərəliliyi Departamentinə (DOGE) nəzarət edən İlon Maskın hərəkətlərinə qarşı Birləşmiş Ştatların hər yerində etirazlar keçirilir.

Operativ Media CNN-ə istinadən xəbər verir ki , demokratiya tərəfdarı hərəkat təşkilatçıları 50 ştatın hamısında və Kolumbiya dairəsində 1400-dən çox mitinq keçirməyi planlaşdırır. Etirazlar ştatın qanunvericilik binaları, federal qurumlar, konqres ofisləri və şəhər administrasiyaları qarşısında keçirilir.

Etirazçıların sayı dəqiqləşdirilməyib, lakin CNN 600 minə yaxın insanın nümayiş üçün qeydiyyatdan keçdiyini bildirir.

Etirazçıların əsas tələblərinə Tramp administrasiyasındakı “milyarder hakimiyyəti ələ keçirməyə” və korrupsiyaya son qoyulması,  immiqrantlara və transgenderlərə qarşı hücumlara son qoyulması daxildir. 

Teqlər:

"CNN: AB\u015e-d\u0259 Tramp v\u0259 Maska qar\u015f\u0131 etirazlar ke\u00e7irilir"

Əlaqəli Xəbərlər