Menyu

Yaponiyanın Baş naziri tarifləri müzakirə etmək üçün mümkün qədər tez ABŞ-yə səfər edəcək

Əziz Əzizli
Yaponiyanın Baş naziri tarifləri müzakirə etmək üçün mümkün qədər tez ABŞ-yə səfər edəcək

Yaponiyanın baş naziri Şiqeru İşiba, Yaponiyanın tariflərlə bağlı mövqeyini prezident Donald Trampa çatdırmaq üçün yaxın vaxtlarda ABŞ-yə səfər etməyə hazırdır.

Operativ Media xəbər verir ki, bu barədə Yaponiya hökumətinin başçısı parlamentin büdcə komitəsində deputatların suallarını cavablandırarkən bildirib.

"Amerika tərəfi ilə davamlı olaraq müxtəlif səviyyələrdə danışıqlar aparırıq. Lazım gələrsə, mən şəxsən ABŞ prezidenti Donald Trampla danışıqlar aparacağam, lakin bu məsələ ilə bağlı hələlik heç bir qərar verilməyib", - deyə o, "ən qısa zamanda" ABŞ-yə səfər etməyə hazır olduğunu vurğulayıb.

İşiba, həmçinin Yaponiya tərəfinin rüsumlardan azad edilməməsindən bir daha təəssüfləndiyini bildirib, ölkə hakimiyyətinin Amerika tərəfini buna inandırmağa davam edəcəyinə söz verib. Yaponiyanın baş naziri əlavə edib ki, ölkəsi ABŞ ilə ticarətdə “ədalətsiz heç nə etmir” və bunun ABŞ-yə açıq şəkildə bildirilməsi lazımdır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər