TDT əmək nazirlərinin ilk iclası bu ay Bakıda keçiriləcək
Nərmin Qocamanlı
Türk Dövlətləri Təşkilatının (TDT) əmək nazirlərinin ilk iclası Bakıda keçiriləcək.
Operativ Media bu barədə Türk Dövlətləri Təşkilatının rəsmi saytından məlumat əldə edib.
Məlumata görə, iclas 22-23 aprel tarixlərində baş tutacaq.
Qeyd edək ki, Türk Dövlətləri Təşkilatı 2009-cu ildə Naxçıvan şəhərində imzalanan protokolla yaradılmış, Türk dilini danışan ölkələr arasında əməkdaşlığı gücləndirməyi məqsəd qoymuş beynəlxalq bir təşkilatdır. TDT-nin əsas məqsədi üzv ölkələr arasında siyasi, iqtisadi və mədəni əməkdaşlığı artırmaq, ortaq maraqları qorumaq və Türk dünyası arasında əlaqələri daha da möhkəmləndirməkdir.
Teqlər:
"TDT \u0259m\u0259k nazirl\u0259rinin ilk iclas\u0131 bu ay Bak\u0131da ke\u00e7iril\u0259c\u0259k"