13 Oktyabr 2022, 15:29
Rusiya Prezidenti: Türkiyə Avropaya qaz tədarükü üçün ən etibarlı marşrutdur

“Qaz daxil olmaqla Türkiyəyə Rusiyadan karbohidrogen tədarükü tam həcmdə gedir”.
"Operativ Media" xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğanla Astanada görüşündə bildirib.
“Sizin müraciətlərə uyğun olaraq karbohidrogen tədarükü tam həcmdə gedir. Biz Türkiyə vasitəsi ilə Avropa ölkələrinə tranzit həyata keçiririk. Türkiyə Avropaya qaz tədarükü üçün ən etibarlı marşrutdur. Bu, məhz sizin “Türk axını” qaz kəmərinin inşa olunmasında tutduğunuz möhkəm mövqeyiniz sayəsində mümkün olub. Baxmayaraq ki, eşitmisiniz yəqin, onu da partlatmağa cəhd ediblər. Şükürlər olsun ki, bu baş verməyib. “Türk axını” qaz kəməri uğurlu işləyir”, - deyə Putin vurğulayıb.