“Ukrayna səmasının Rusiyanın raket terrorundan qorunması müharibənin yaxın gələcəkdə bitməsi üçün fundamental addım olacaq”.
“Operativ Media” “Ukrinform”a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sessiyasında onlayn çıxışı zamanı deyib.
O, beynəlxalq ictimaiyyətdən Ukrayna səmasının qorunması üçün kömək istəyib.
Ukrayna Prezidenti həmçinin IRIS-T hava hücumundan müdafiə sistemlərinin təhvil verilməsinə görə Almaniyaya da təşəkkür edib.
Eyni zamanda Zelenski xatırladıb ki, hazırda dünyada hava hücumundan müdafiə sistemlərinin güclü istehsalçısı olan cəmi beş ölkə var.