Menyu

Tramp: “İranla birbaşa danışıqlar aparırıq, bəlkə də razılaşma əldə olunacaq”

Əziz Əzizli
Tramp: “İranla birbaşa danışıqlar aparırıq, bəlkə də razılaşma əldə olunacaq”

Tramp, İranla birbaşa danışıqların davam etdiyini bildirərək, şənbə günü yüksək səviyyəli görüşlərin keçiriləcəyini və nəticələrin gözlənildiyini qeyd edib.

Operativ Media xəbər verir ki, o, bu haqda jurnalistlərə açıqlamasında bildirib.

“İranla birbaşa danışıqlar aparırıq. Bəlkə də möhtəşəm olacaq bir razılaşma əldə olunacaq. Bu, İran üçün həqiqətən möhtəşəm olar, bunu deyə bilərəm. Şənbə günü ən yüksək səviyyədə görüş keçirəcəyik və nəticələrin necə olacağını görəcəyik,” – deyə Tramp bildirib.

Tramp, həmçinin özünü İsrailin indiyə qədər görməyi arzuladığı “ən yaxşı prezident” adlandıraraq, “Belə olmaq mənim üçün bir şərəfdir,” ifadəsini işlədib.

ABŞ Prezidenti, görüşdə əsas mövzulardan birinin İran məsələsi olduğunu qeyd edib:

“Bu gün açıq şəkildə İranla bağlı məsələləri müzakirə etdik. İranla birbaşa danışıqlar aparırıq, bu danışıqlar hazırda davam edir, şənbə günü də davam edəcək. Hesab edirəm ki, hər kəs razılığa gəlməyin daha üstün bir seçim olduğu fikrində həmfikirdir. Ümid edirəm ki, bu danışıqlar uğurlu olar.”

Trampın Netanyahu ilə Oval Ofisdə keçirdiyi görüş, ABŞ-İsrail münasibətləri və Yaxın Şərqdəki gərginlik fonunda xüsusi diqqət çəkib.

Teqlər:

"Tramp: \u201c\u0130ranla birba\u015fa dan\u0131\u015f\u0131qlar apar\u0131r\u0131q b\u0259lk\u0259 d\u0259 raz\u0131la\u015fma \u0259ld\u0259 olunacaq\u201d"

Əlaqəli Xəbərlər