Yaponiya Şimali Koreyaya qarşı sanksiyaların müddətini iki il uzadıb
Əziz Əzizli
Bu sanksiyalara ikitərəfli ticarətə tam qadağa da daxildir.
Operativ Media xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşimasa Hayaşi Tokioda keçirdiyi mətbuat konfransında məlumat verib.
“Biz bu qərarı Yaponiya vətəndaşlarının oğurlanması və Şimali Koreyanın nüvə-raket proqramı kimi hələ də həll olunmamış problemlərin hərtərəfli həlli üçün bütün imkanlardan istifadə etmək niyyətimizə əsaslanaraq qəbul etdik”, – deyə Hayaşi bildirib.
Tokionun tətbiq etdiyi məhdudlaşdırıcı tədbirlər Şimali Koreya gəmilərinin, eləcə də daha əvvəl bu ölkənin limanlarına səfər etmiş gəmilərin Yaponiya limanlarına daxil olmasına qoyulan qadağanı da əhatə edir.
Qeyd edək ki, Yaponiyanın Şimali Koreyaya qarşı sanksiyaları ilk dəfə 2006-cı ildə tətbiq olunub və hazırda onların müddəti 2027-ci ilin aprel ayına qədər uzadılıb. Pxenyan və Tokio arasında diplomatik əlaqələr mövcud deyil və Yaponiyanın rəsmi mövqeyinə əsasən, tərəflər arasında birbaşa nəqliyyat əlaqəsi də yoxdur.
Teqlər:
"Yaponiya \u015eimali Koreyaya qar\u015f\u0131 sanksiyalar\u0131n m\u00fcdd\u0259tini iki il uzad\u0131b"