Menyu

ÜST-dən XƏBƏRDARLIQ: Yeni qlobal pandemiya baş verə bilər

ÜST-dən XƏBƏRDARLIQ: Yeni qlobal pandemiya baş verə bilər

Yeni qlobal pandemiyanın baş verməsi labüddür, buna görə də buna hazır olmalıyıq.

Operativ Media xəbər verir ki, bu barədə  Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom  məlumat verib.

"Növbəti pandemiya hər şeyin sakitləşməsini gözləməyəcək. Bu 20 il və ya daha tez müddətdə baş verə bilər. Hətta sabah da ola bilər. Bu qaçılmazdır. Biz hər şeyə hazır olmalıyıq", -  deyə o bildirib.

COVID-19 pandemiyası rəsmi olaraq 7 milyon insanın həyatına son qoyduğunu bildirilir. Amma ÜST real ölənlərin sayını 20 milyon olaraq qiymətləndirir.

Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri qeyd edib ki, insan tələfatından əlavə, pandemiya qlobal iqtisadiyyata 10 trilyon dollardan çox ziyan vurub.

 

Teqlər:

"\u00dcST-d\u0259n X\u018fB\u018fRDARLIQ: Yeni qlobal pandemiya ba\u015f ver\u0259 bil\u0259r"

Əlaqəli Xəbərlər