Menyu

Azərbaycan İsrail şirkətləri ilə nəqliyyat sahəsində əməkdaşlığı müzakirə edib

Azərbaycan İsrail şirkətləri ilə nəqliyyat sahəsində əməkdaşlığı müzakirə edib

Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev  İsrailin “ICL Group” və “Elbit Systems” şirkətlərinin rəhbərliyi ilə görüşüb.

Operativ Media xəbər verir ki, bu barədə nazir X hesabında paylaşım edib.

“ICL Group” təmsilçiləri ilə avtomobil və dəmiryolu nəqliyyatı sahəsində əməkdaşlıq imkanlarını müzakirə etdik. Görüş zamanı, xüsusilə Orta Dəhliz çərçivəsində daşımaların həyata keçirilməsində şirkətin mümkün iştirak perspektivləri ətrafında fikir mübadiləsi aparıldı. “Elbit Systems” nümayəndələri ilə görüşdə kibertəhlükəsizlik, rəqəmsal dayanıqlılıq və süni intellekt sahələrində strateji əməkdaşlığın dərinləşdirilməsi məsələləri diqqət mərkəzində oldu. Həmçinin ölkəmizdə mükəmməllik və təlim mərkəzlərinin yaradılması imkanları nəzərdən keçirildi" - deyə,o qeyd edib.

Teqlər:

"Az\u0259rbaycan \u0130srail \u015firk\u0259tl\u0259ri il\u0259 n\u0259qliyyat sah\u0259sind\u0259 \u0259m\u0259kda\u015fl\u0131\u011f\u0131 m\u00fczakir\u0259 edib"

Əlaqəli Xəbərlər