Mikayıl Cabbarov Pakistanın Baş naziri Şahbaz Şəriflə görüşüb
Əsəd Abbaslı
İqtisadiyyat naziri Mikayıl Cabbarov Pakistana səfəri çərçivəsində Pakistanın Baş naziri Şahbaz Şəriflə görüşüb.
Operativ Media xəbər verir ki, bu barədə nazir "X" hesabında paylaşım edib.
Görüş zamanı Azərbaycan–Pakistan strateji tərəfdaşlığının hazırkı vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər ölkə liderləri tərəfindən müəyyən olunmuş əməkdaşlıq istiqamətləri çərçivəsində əlaqələrin daha da dərinləşdirilməsinin vacibliyini vurğulayıblar.
Teqlər:
"Mikay\u0131l Cabbarov Pakistan\u0131n\u00a0Ba\u015f naziri \u015eahbaz \u015e\u0259rifl\u0259 g\u00f6r\u00fc\u015f\u00fcb"