08 Aprel 2025, 19:45
Elman Abdullayev Milli Bəyannamə ilə çıxış edib
Elman Abdullayev UNESCO-nun İdarə Heyətinin 221-ci iclasında Azərbaycanın Milli Bəyannaməsi ilə çıxış edib.
Elman Abdullayev Milli Bəyannamə ilə çıxış edib şəkil
Elman Abdullayev Milli Bəyannamə ilə çıxış edib

Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev UNESCO-nun İdarə Heyətinin 221-ci iclasında Azərbaycanın Milli Bəyannaməsi ilə çıxış edib.

Operativ Media xəbər verir ki, bu barədə nümayəndəliyin “X” səhifəsində yazılıb.

Qeyd olunub ki, Azərbaycan UNESCO-nun qlobal prioritetlərinə sadiqliyini təsdiqləyir:

“Biz davamlı inkişafı təşviq etmək üçün üzv dövlətlərlə açıq və inklüziv şəkildə işləyirik. Güclü multikulturalizm ənənəsinə söykənən Azərbaycan Bakı Prosesi və Sülh Mədəniyyəti kimi təşəbbüslər vasitəsilə qlobal dialoq və sülhün tərəfdarıdır. Təhsil milli prioritetdir. Biz olaraq inklüziv, ədalətli və keyfiyyətli təhsili inkişaf etdiririk. COP29-un ev sahibi kimi Azərbaycan qlobal iqlim gündəliyinə rəhbərlik etməyə hazırdır. Konfransa sədrlik etmək üçün seçilməyimiz iqlim liderliyimizə güclü beynəlxalq etimadı əks etdirir”.

Həmçinin bildirilib ki, mədəni irs bəşər tarixinin əvəzsiz bir hissəsidir və gələcək nəsillər üçün qorunmalıdır:

“Mədəni sərvətlərin silahlı münaqişənin dağıdıcı təsirlərindən qorunması son dərəcə vacibdir. Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpası və ərazilərinin 30 illik erməni hərbi işğalından azad edilməsi Cənubi Qafqazda yeni mühit yaratmışdır. Ermənistanın hərbi işğalı zamanı törədilmiş geniş dağıntılara, Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur rayonlarından təxminən 750 min dinc azərbaycanlının, habelə 300 mindən çox azərbaycanlının öz tarixi və ata-baba yurdlarından məcburi köçkünə çevrilməsinə baxmayaraq. barışıq və regional inkişafa sadiq qalır”.

Son xəbərlər
Rubio və Netanyahu Suriya məsələsini müzakirə ediblər
Azərbaycanlı alpinist qadın Everest dağına qalxaraq tarixə düşüb
Antalyada Türkiyə, ABŞ və Suriya xarici işlər nazirlərinin üçtərəfli görüşü keçirilib - YENİLƏNİB
Rusiyaya qarşı yeni sanksiyalar paketi mayın 20-də qüvvəyə minəcək
Dünya çempionatlarında Azərbaycan cüdoçularının çıxışına ümumi baxış - 27 medal, 18 idmançı
“Avroviziya 2025” mahnı müsabiqəsinin ikinci yarımfinalı başlayıb - CANLI
15 May 2025, 23:20
Rusiya qoşunlarına yeni komandan təyin edilib - YENİLƏNİB
Hakan Fidan Rusiya nümayəndə heyəti ilə görüşüb