Menyu

Azərbaycan Prezidenti: Bayden administrasiyası mövqeyini birmənalı olaraq Ermənistanla bağlamışdı

Azərbaycan Prezidenti: Bayden administrasiyası mövqeyini birmənalı olaraq Ermənistanla bağlamışdı

Biz Birləşmiş Ştatlara lazım olduğumuz zaman Azadlığa Dəstək Aktının 907-ci düzəlişinin tətbiqi dayandırılırdı. Lakin onlar (ABŞ qoşunları – red.) Əfqanıstandan qaçdıqdan sonra bunu bizə qarşı yenidən tətbiq etməyə başladılar.

Operativ Media xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumda çıxışı zamanı səsləndirib.

Dövlətimizin başçısı deyib: “Belə bir ədalətsiz mövqe bildirmək bu administrasiyanın özü üçün çox böyük zərbə idi. Çünki bundan sonra onlara kim inanardı? Beləliklə, bizim Bayden-Blinken komandasına olan inamımız sıfıra gəlib çıxdı və münasibətlərimiz çox ağır böhrana düşdü. Bayden administrasiyası mövqeyini birmənalı olaraq Ermənistanla bağladı. Ermənistan-Azərbaycan münaqişəsi başladıqdan sonra biz bunu ilk dəfə gördük”.

Teqlər:

"Az\u0259rbaycan Prezidenti: Bayden administrasiyas\u0131 m\u00f6vqeyini birm\u0259nal\u0131 olaraq Erm\u0259nistanla ba\u011flam\u0131\u015fd\u0131"

Əlaqəli Xəbərlər