Menyu

Azərbaycan-Yaponiya Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

Azərbaycan-Yaponiya Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

Prezident İlham Əliyev Azərbaycan və Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının yeni tərkibini təsdiq edib. 

Operativ Media xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni sərəncam imzalayıb. 

Sərəncama əsasən, Komissiyanın sədri Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti, üzvləri isə Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru,  Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON-un) icraçı direktoru, “Azərenerji” ASC-nin vitse-prezidenti, Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun İdarə Heyəti sədrinin müavini, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti, "PAŞA Holdinq" və "NEQSOL Holdinq" MMC-lərin Baş icraçı direktorları, Azərbaycanın Yaponiyada səfiridir. 

Komissiyanın cari fəaliyyətinin təşkili məqsədilə onun Katibliyi yaradılacaq. Katibliyin funksiyasının həyata keçirilməsi İqtisadiyyat Nazirliyinə həvalə edilib. 

Xarici İşlər Nazirliyi Komissiyasının yeni tərkibi barədə Yaponiya tərəfinə bildiriş göndərməlidir. 

Sərəncam imzalandığı gündən qüvvəyə minir. 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər