Menyu

XİN Dominikan hökumətinə və xalqına başsağlığı verib

Əsəd Abbaslı
XİN Dominikan hökumətinə və xalqına başsağlığı verib
1 dəq oxu

Azərbaycan Xarici İşlər Nazirliyi Dominikan hökumətinə və xalqına başsağlığı verib.

Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan XİN-in "X" hesabında paylaşım edilib.

"Santo-Dominqoda onlarla insan həyatını itirməsinə və yaralanmasına səbəb olan binanın çökməsi ilə əlaqədar Dominikan hökumətinə və xalqına başsağlığı veririk. Bu faciəli hadisədə yaralanan hər kəsə şəfa diləyirik",-məlumatda qeyd olunub.

Qeyd edək ki, Dominikan Respublikasının paytaxtın Santo Dominqoda “Jet Set” gecə klubunun damının uçması nəticəsində 124 nəfər həyatını itirib.

Əlaqəli Xəbərlər